1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” Azərbaycan üzrə yeni menecer təyin edib
25.05.2018

Baki, FinanceTime. Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Erdem Çakarı Azərbaycan üzrə menecer təyin edib.

Erdem Çakar böyük təcrübəsi sayəsində “Mastercard”ın Azərbaycanda strateji inkişafı, şirkətin biznes və əhəmiyyətinin artması istiqamətində çalışacaq.

Erdem Çakar 1998-ci ildə Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, peşəkar karyerasına “Citibank Turkey”də başlayıb və orada ödəniş sistemlərinin kredit riskinin idarəsi ilə məşğul olub. Erdem Çakar 2002-ci ildə Belçikaya köçərək ilk dəfə “Citi Operations and Technology”sisteminin regional inkişafı üzrə məsuliyyəti öz üzərinə götürüb və Avropa bazarlarında internet-bankinqi işə salıb. O, 2006-cı ildə dünya üzrə 12 bazarda “Citi Shell” ko-brendlərin qlobal işə salınması və idarə edilməsi ilə məşğul idi.

Erdem Çakar “Mastercard Turkey”də 2009-cu ildən çalışaraq əsasən hesabların idarə edilməsinə və məhsulların keyfiyyətinə cavabdeh idi.Hazırda o, emitent və ekvayer bankların qüvvədə olan modelləri, pərakəndə və elektron ticarət satıcıları, həmçinin Avropa mobil şəbəkə operatorları ilə çoxillik iş təcrübəsini Azərbaycanda istifadə etməyəolduqca həvəslidir.

“Azərbaycanda “Mastercard”ın biznesinə rəhbərlik etmək imkanına çox şadam. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik”, - deyə “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini vurğulayan Erdem Çakar bildirib.

Azərbaycan Mərkəzi Bank ilə birgə hazırlanan “Nağdsız Azərbaycan yolunda” layihəsi, “Priceless Special” platformasının işə salınması, ASAN "İnnovasiyalar mərkəzi" ilə maliyyə savadlılığı proqramının təşəbbüsü və şirkətin Bakı ofisinin açılması kimi bir sıra uğurlu layihə həyata keçirdikdən sonra “Mastercard”ın Azərbaycan üzrə keçmiş meneceri Alper Meriç iqtisadiyyatı çox sürətlə inkişaf edən bazarlarda loyallıq və müəssisələrin strateji təhlükəsizliyi istiqamətlərinin başçısı təyin edilib.O, yeni vəzifəsində“Mastercard” üçün qiymətli olan loyallıq və təhlükəsizliyin təmin olunması üzrə məhsul və xidmətlərin hazırlanmasında fokuslaşaraq15 ölkəyə cavabdeh olacaq.

 

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment