1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-dan uşaqlara “Möcüzələr xəzinəsi”
29.05.2018

Baki, FinanceTime. Kapital Bank1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində“Möcüzələr xəzinəsi” adlı sosial layihə təşkil edib. Layihə çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün Azərbaycan dilində nağıllar oxunub, audio kitab formasında hazırlanıb.Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

“Hər il olduğu kimi bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti sosial layihəmizi həyata keçirdik. Disk formasında yazlan audio nağılları, Bakıda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 5 nömrəli respublika xüsusi internat məktəbinə təhvil verdik. Həmin nağılları Kapital Bank-ın dəstəyi ilə fəaliyyət göstərən mərkəzin təqaüdçüləri səsləndirib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və “Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, audio disklərə 10 nağıl daxil edilib: “Kompüterin kələyi”, “Tısbağa və dovşan”, “Tülkü və kəklik”, “Sehrli torba”, “Tülkü və xoruz”, “Qarı və pişik”, “Eşşəklə tülkünün dostluğu”, “Siçan və pişik”, “Yeddi nar çubuğu” və “Hatəm və qoyun dərisinə girmiş qurd”. Nağıllar müasir motivli, ibrətamiz və tərbiyəvi xarakter daşıyır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment