1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından fermerlərə 7%-lə kredit
29.05.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı fermerlərə güzəştli şərtlərlə kredit verəcək. Bankın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə imzaladığı niyyət protokolunda belə bir güzəşt nəzərdə tutulub. Kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin maksimal məbləği 200 000 manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək.

Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə ölkəmizdə fəaliyyət göstərən 8 bank-kredit təşkilatı arasında protokol imzalanıb. Bu banklardan biri də Azərbaycan Beynəlxalq Bankıdır. Protokola Xidmətin rəisi Mirzə Əliyevlə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov imza atıb. Mərasimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlığa dəstək Azərbaycan Beynəlxalq Bankı üçün əsas prioritetlərdəndir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi xüsusilə əhəmiyyət kəsb edir. Bu protokol çərçivəsində ayrılmış kredit limiti kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment