1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank fermerlərə güzəştli kreditlər təklif edir
25.05.2018

Baki, FinanceTime. Kapital Bank-la Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında protokol imzalanıb. Protokolun şərtlərinə əsasən fermerlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.

“Kapital Bank olaraq biz kiçik-orta sahibkarlığın inkişafına böyük diqqət ayırırıq və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edirik. Kənd Təsərrüfatı Nazirliyi ilə olan bu layihəsahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7%-lə veriləcək. Həmçinin layihədə beynəlxalq təşkilatların mövcudluğu, kreditlərin verilməsi və monitorinqlər zamanı xarici təcrübədən yararlanmağa imkan yaradacaq”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment