1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AzSığorta” -dan 100 illiyimizə yaraşan hədiyyə
24.05.2018

Baki, FinanceTime.   “AzSığorta” ASC mayın 24-də tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi ilə əlaqədar hazırladığı “Ad günün mübarək, Azərbaycan!” video çarxının təqdimat mərasimini keçirib.

Tədbirdə “AzSığorta” ASC-nin rəhbərliyi, ictimai xadimlər, iri təşkilat rəhbərləri və media nümayəndələri iştirak edib.    

Təqdimatda çıxış edən “AzSığorta” ASC-nin Müşahidə Şurasının Sədri Viladi Maniyev söyləyib: “Artıq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 1 əsr keçir. Zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.Bizi biz edən əsas xüsusiyyətlərimizi – dilimizi, mədəniyyətimizi, dərin köklərə əsaslanan tolerantlığımızı itirmədən. Cümhuriyyətimizin 100 illiyini qeyd etdiyimiz bir vaxtda biz, “AzSığorta” şirkəti olaraq ölkəmizin bənzərsiz təbiətini, dərin multikulturializm köklərini bir daha xatırlatmaq üçün video çarx hazırlamışıq.”

“AzSığorta” MMC-nin İdarı Heyətinin Sədri Anar Talıbov isə bildirdi ki: “Azərbaycanın çoxmillətli ölkə olduğu və tarix boyu müxtəlif xalqların ölkəmizdə firəvan yaşadığı hər kəsə məlumdur.Vaxt məhdudiyyətinə görə video çarxda bu xalqların hər birini əks etdirə bilməsək də, onların bir sıra nümayəndələri qismində milli azlıqların ölkəmizə olan sevgisinizi göstərməyə çalışmışıq.Hər birimiz öz milli mənsubiyyətimizlə qürur duymalı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşatmalıyıq. Dillərimiz müxtəlif olsa da, vətənimiz biridir – Azərbaycan! ”.

Qeyd edək ki, video çarxın çəkilişləri bir ay müddətində“Synergy Partnership” tərəfindən aparılıb və ölkəmizdə yaşayan müxtəlif xalqların iştirakı ilə ərsəyə gəlib.

Video çarxı aşağıdakı linkdən izləmək olar: https://youtu.be/bkTOgLf8ylU

Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment