1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!
23.05.2018

"Üçüncü Bahar" təşəbbüs qrupunun mətbuat xidmətindən verilən məlumata görə, ötən il "Üçüncü Bahar" sosial layihəsi çərçivəsində Kapital Bank ASC-nin təşkilati dəstəyi ilə Bakı, İsmayıllı, Gəncə, Lənkəran şəhərlərində "Maliyyə Savadlığı" praktik təlim tədbirləri həyata keçirilib. Təlim zamanı 200 -ə yaxın təqaüdçüyə ATM, təqaüd kartlarından istifadə qaydası, onlayn ödənişlər və digər bu qəbil məsələlər geniş şəkildə izah edilib.

Təqaüdçülər arasında maliyyə savadlığının artırılması üçün "Üçüncü Bahar" tərəfindən silsilə tədbirlər davam edir. 

Bu dəfə təlimçilər təqaüdçülərin arasından seçiləcək. Sizdə təlimçi ola bilərsiniz! 

Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülər üçün peşəkarlar tərəfindən seminarlar təşkil olunacaq. 

Müraciət üçün son tarix 10 iyun 2018 -ci ildir.

Maraqlananlar (+994 55 680 11 55) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017-ci ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutur. Təqaüdçüləri toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilmişdir. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment