1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AzSığorta” 2018-ci ilin 1-ci rübünü 3 milyon manat xalis mənfəətlə bitirib
14.05.2018

Baki, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci rübünü iri mənfəətlə bitirib.Cari ilin ilk rübündə şirkətin xalis mənfəəti 3026 850 manat təşkil edib.

2018-ci ilin 1-ci rübündə “AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 9 407 196 manat təşkil edib, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 162 460 manat çoxdur.

Bu ilin ilk rübündə “Azsığorta” ASC-nin xərcləriisə azalıb. Belə ki,2017-ci ilin 1-ci rübündə bu göstərici 9 875 648 manat olduğu halda, bu ilin 1-ci rübündə 5 623 634 manat olmuşdur. Xərclərin 2 537 680 manatı əsas əməliyyat xərclərinin, 3 073 587 manatı işlərin aparılmasına, 12 366 manatı isə sair xərclərin payına düşür.Nəticədə vergi qoyulmadan əvvəl mənfəət 3 783 562 manat, xalis mənfəət isə 3 026 850 manat təşkil etmişdir.

“Bu ilin ilk rübündə xalis mənfəətimiz 3 milyona yaxın oldu. Bu isə onu göstərdi ki, biz düzgün yol seçmişik. Keçən il qəbul etdiyimiz yeni biznes strategiya artıq öz bəhrəsini verməyə başlayıb. Maliyyə göstəricilərində ilk müsbət tendensiyalar nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəbul etdiyimiz cəsarətli qərarlar şirkətin böhran zamanı nə dərəcədə dayanıqlı olduğunu göstərdi. Hazırda qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün növbəti işləri davam etdiririk” - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.

Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment