1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
14.05.2018

Baki, FinanceTime. Mayın 11-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikamızda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Tədbirdə cari ilin 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlıetimad mühitinin yaradılması olub.

Tədbirdə çıxış edən Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini sahibkarların diqqətinə çatdırıb. Qeyd olunub ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində sahibkarlarla sıx əməkdaşlıq edəcək.

Daha sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə beynəlxalq sərginin yerli sahibkarlar üçün yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacağını vurğulayıb.

Tədbirdə çıxış edən“Iteca Caspian”ın prezidenti Fərid Məmmədov dəvətə görə Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür edib, təşkil olunacaq sərginin qida sənayesi sahəsinə tövhələr verəcəyini bildirib.

Regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan, süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və bir sıra digər məhsulların təqdim olunacağı Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Ənənəvi olaraq 24 ildir keçirilən sərgi ötən müddət ərzində Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyni möhkəmləndirib. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment