1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir
10.05.2018

“Mentorlarla səhər yeməyi”

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startaplara layihələrinin uğurla reallaşdırılması, onların dünyagörüşünün artırılması üçün dəstəyini davam etdirir. Mərkəzin 2017-ci ildə start verdiyi “Mentorlarla səhər yeməyi” layihəsi çərçivəsində gənc startaplar nüfuzlu və öz sahəsində uğur qazanmış sahibkarlarla mütamadi olaraq görüşürlər. Bu dəfəki görüş marketinq, strategiya, tədbirlərin idarə edilməsi və biznesin inkişafı üzrə peşəkarlaşmış, hal-hazırda "Seedstars" Orta Şərq və Şimali Afrikanın Regional Biznes İnkişafı Meneceri vəzifəsində çalışan və bu bölgədə şirkətin genişlənməsinə liderlik edən Kamran Səmədli ilə baş tutub.

Hər ay Barama mərkəzi tərəfindən təşkil olunan görüşlərdə uğurlu biznes adamları və sahibkarlar gənc startaplarla aktual məsələləri və üzərində çalışdıqları layihələri müzakirə edir, gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər verir. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə diskussiyalar da aparılır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılıb. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment