1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının görüşü keçirilib
10.05.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının (MŞ) görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin digər nümayəndələri və MŞ-nın sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı Birliyin fəaliyyəti barədə sığortacılara məlumat verilib. Daha sonra Birliyə üzv olmaq üçün müraciət edən sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olan “Efendi Leqal and İP Consultancy” MMC və “Proqress sığorta agentliyi” MMC-nin üzvlük məsələsi müzakirə edilib və sonda “Efendi Leqal and İP Consultancy” MMC-nin üzvlüyə qəbul edilməsi qərara alınıb.

Müşahidə Şurasının ən əhəmiyyətli hadisələrindən biri Vasitəçilər komitəsinin yaradılması barədə müzakirə təşkil edib. Görüş iştirakçıları sığorta vasitəçilərinin artıq üzvlük status almasını əsas gətirərək ASA-da məhz onların məsələləri ilə məşğul olacaq xüsusi bir qurumun yaradılmasını təklif ediblər. Müzakirələrin yekununda ASA-da Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.

Bununla yanaşı, ASA-ya üzv şirkətlərin üzvlük haqları ilə bağlı məsələ də müzakirə predmeti olub. Sığorta şirkətlərinin üzvlük haqqı borcunun mövcudluğu onların işgüzar nüfuzuna xələl gətirə biləcək bir məsələ olduğu vurğulanıb və qısa müddətdə haqların ödənilməsi şirkətlərə tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment