1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” İstanbul üzrə pulsuz ekskursiya təklif edir
10.05.2018

Baki, FinanceTime.  Digər aviaşirkətlərdən daha çox ölkələrə və istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan bütün beynəlxalq tranzit reyslərin sərnişinlərinə İstanbul üzrə pulsuz ekskursiya proqramı təklif edir. Təxminin ¼ milyon sərnişin 2009-cu ildə yaradılan “touristanbul” proqramından istifadə edib və heyrətamiz şəhər ilə tanış olmaq imkanını qazanıb.

“Türk Hava Yolları” aviaşirkəti istənilən gözləntiləri ötən və sərnişinlərə məşhur türk qonaqpərvərliyindən tam həzz almaq imkanını verən unikal xidmətlər dəstini təqdim edir.Türkiyənin milli aviaşirkəti “touristanbul” proqramı çərçivəsində transfer, tarixi yerlərin ziyarəti, həmçinin məşhur türk mətbəxininyeməklərinin dequstasiyası daxil olmaqla bir sıra əlavə xidmət təklif edir. Sərnişinlər İstanbulu olduqca parlaq və cazibədar şəhər edən heyrətamiz tarixə və mədəniyyətlərin qarışığına toxuna biləcəklər.

“Türk Hava Yolları”nın reysləri ilə uçan və növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan sərnişinlər “touristanbul” ekskursiya proqramının bütün üstünlüklərdən istifadə edə bilərlər. Ekskursiyalar hər gün İstanbulun Atatürk hava limanında “Hotel Desk” qeydiyyat masasından yola düşür və 8:30-dan 11:00-dək, 09:00-dan 15:00-dək, 09:00-dan 18:00-dək, 12:00-dan 18:00-dək və 16:00-dan 21:00-dək keçirilir. Turun proqramınaTopqapı sarayı, Sultan Əhməd məscidi, Müqəddəs Sofiya məbədi, “Grand Bazar”, Qalata gülləsi, Dolmabağça sarayı və İstanbulundigər məşhur görməli yerləri ilə tanışlıq daxildir.

Ətraflı məlumat: https://www.turkishairlines.com/en-tr/flights/fly-different/touristanbul/

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment