1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycanda ilk Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək
08.05.2018

Baki, FinanceTime. 17-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə MaliyyəTexnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum keçiriləcək.

Forumda IT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri:

·         Avropa Banklar Federasiyası - Maliyyə bazarları siyasətləri üzrə məsləhətçi, Blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro;

·         “Nyu York Mellon Bankı”-İnkişaf etməkdə olan bizneslər və strukturlaşma üzrə direktor, blokçeyn texnologiyası üzrə rəhbər Boris Spremo;

·         Cisco Systems Inc- Region üzrə kibertəhlükəsizlikeksperti Meyram Burataev

·         “KPMG” Rusiya - İnformasiya Riskləri Menecmenti Qrupunun Baş meneceri Andrey Drozdov;

·          “KPMG” -Moskva ofisinin nümayəndəsi Nikolay Leqkodimov;

·         “Yapı Kredi Texnologiya” - Tədqiqat, inkişaf və xüsusi layihələr üzrə rəhbər Seçil Arslan;

·         “VeriPark” - Müştəri Xidmətləri üzrə rəhbərGörkem Gökçe;

·         “Garanti Bank”- Rəqəmsal Bankçılıq üzrə Təhlükəsizlik direktoru İzzet Mehmet;

·         “Banklararası Kart Mərkəzi”Türkiyə- Baş informasiya təhlükəsizliyi inzibatçısı Bülent Muşlu;

·         “SWIFT” Moskva ofisi - Hesablar üzrə direktoru Pavel Prokudin;

·         “ZiraatBank Türkiyə” - Fırıldaqçılığa qarşı monitorinq üzrə vitse-prezident Məhəmməd Batır;

·         “Prima” Menecment Konsaltinq şirkəti-IT İdarəetmə və İnformasiya Təhlükəsizliyi üzrə Tərəfdaş, CGEIT, CISA, CISM, CRISC İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə qiymətləndirici İlqar Əliyev;

·         İT Təhlükəsizliyi və Auditi - müstəqil ekspert Kənan Əliyev;

·         “Azerconnect” - Biznesin Davamlılığı üzrə Ekspert Əşrəf Həsənov;

 

Forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyalarınmüzakirə edilməsini nəzərdə tutur.Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.

Üç paneldən ibarət olan forumdablokçeyn və kriptovalyutalar sahəsindəAvropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri,ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular  və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.

Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, akademik dairələrin Forumda iştirakı gözlənilir.

Forum barədə ətraflı məlumatı almaq və qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz: http://gbmevents.az/blockchain2018/

Əlaqə məlumatları: Azərbaycan Banklar Assosiasiyası, tel. + 99412 497 15 15, e-poçt: office@aba.az

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment