1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” informasiya təhlükəsizliyi üzrə hesabatını təqdim edib
07.05.2018

Baki, FinanceTime.  “Microsoft” korporasiyası 2017-ci ilin fevral ayından olan dövr üçün“Security Intelligence Report” informasiya təhlükəsizliyinin təhdidləri üzrə hesabatını dərc edib. Hesabat 3 mövzuya həsr olunub: botnetlər, hakerlərin populyar hücum metodları və şantajçı-viruslar.

Hesabata əsasən, ən yüksək göstəricilər Pakistan, Nepal, Banqladeş və Ukraynada (33,2% və ya yuxarı), ən aşağı göstəricilər isə Finlandiya, Danimarka, İrlandiya və ABŞ-da (11,4% və ya aşağı) qeydə alınıb.

Ən çox rast gəlinən arzuolunmaz proqram təminatı kateqoriyası troyanlar olub. 2017-ci ilin fevral aylndan 2018-ci ilin ilin yanvar ayınadək onların intişarı 6%-dən 10%-dək artıb. Digər zərərli müxtəlif proqram təminatlarının (dropperlər, obfuskatorlar, şantajçı viruslar və s.) göstəriciləri 1%-dən az olub.

“Microsoft”un hesabatına əsasən, 2017-ci ilin ikinci yarısında “Office 365” istifadəçilərinin poçt qutularında fişinqən ciddi təhdidlər sırasında olub (53%), hər ay 180-200 mln. fişinq məktubu aşkarlanıb. İntişara görə digər təhdidlər sırasında zərərli proqram təminatı yükləyənlər (29%) və “Java-backdoor”lar (11%) olub.

Cinayətkarların digər hədəfi təhlükəsizlik səviyyəsi aşağı olan bulud tətbiqləridir. Tədqiqat nəticəsində məlum olub ki, bulud məlumat bazası üçün nəzərdə tutulmuş SaaS-əlavələrin 79%-i və müştərək iş üçün SaaS-əlavələrin 86%-i nə saxlanılan, nə də ötürülən məlumatın şifrələməsini təmin etmir. Korporativ infrastrukturun müdafiəsi üçün təşkilatlar şifrələmədən yararlanmayan istifadəçilərin bulud əlavələrindən istifadəsini məhdudlaşdırmalı, və buna təhlükəsizlik brokeri vasitəsilə nəzarət etməlidirlər.

Ötən ilin ikinci yarısında müşahidə olunan daha bir tendensiya – virusa yoluxmuş sənədləri yaymaq və şantajçı proqramları yükləmək məqsədilə kibercinayətkarlar tərəfindən qanuni sistemin quraşdırılmış vasitələrindən istifadə. Bu cür təhdid növündən qurtulmağın ən yaxşı yolu əməliyyat sisteminin və proqram təminatının vaxtında yenilənməsidir.

İstifadəçinin bütün məlumatlarını məhv etmək təhlükəsi ilə kriptovalyuta və ya digər ödənişləri şantaj yolu ilə əldə etmək cinayətkarlar üçün cəlbedici strategiya olaraq qalmaqdadır. 2017-ci ildə üç hədələyici virusun (“WannaCrypt”, “Petya”/”NotPetya”və “BadRabbit”) geniş vüsət alması bir çox korporativ şəbəkələrin,o cümlədən xəstəxana, nəqliyyat və yol hərəkətinin idarə edilməsi sistemlərinin yoluxmasına səbəb olub.,

Şantajçı proqramlarla daha çox Asiya istifadəçiləri rastlaşıb. Bu cür viruslar ən çox Myanma (0,48%), Banqladeş (0,36%) və Venesuelada (0,33%) aşkarlanıb. Ən aşağı göstərici isə Yaponiya, Finlandiya və ABŞ-da (0,03%) qeydə alınıb.

 

“Microsoft Security Intelligence Report” hesabatının tam mətni ilə tanış olmaq, həmçinin korporativ şəbəkə və fərdi cihazların müdafiəsi üzrə praktiki tövsiyələr üçün: https://www.microsoft.com/sir keçidindən istifadə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment