1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hesab.az platforması “ASAN ödəniş” sisteminə qoşulmaqla dövlət ödənişlərinin qəbuluna başlayıb
01.05.2018

Baki, FinanceTime. Azərbaycanda ən böyük onlayn xidmətlər platforması Hesab.az və“ASAN xidmət” əhaliyədaha bir yenilik təqdim edib.

Dövlət ödənişlərinin Hesab.az vasitəsilə həyata keçirilməsi məqsədi ilə Hesab.az platforması ödəniş xidməti təçhizatçısı kimi “ASAN ödəniş” sisteminə inteqrasiya edilib.

Pilot olaraq Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkündür. “ASAN xidmət” ilə birgə tətbiq edilən bu xidmət gələcəkdə digər dövlət ödənişlərini də Hesab.az vasitəsilə onlayn həyata keçirməyə imkan verəcək.

Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310 000-dən çox mövcudistifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Yaxın zamanda bu onlayn ödənişlər üzrə müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulub.

“Dövlət ödənişlərinin Hesab.azplatformasına əlavə edilməsi imkanlarını yaradan və zəruri dəstəyi göstərən “ASAN xidmət”ə təşəkkür edirik. Hesab.az vasitəsilə dövlət ödənişlərinin onlayn həyata keçirilməsi müştərilərin rahatlığını artırmağa imkan verəcək. Inanıram ki, yeni xidmət ölkədə nağdsız hesablaşmaların artımına da kömək edəcək”, - GoldenPayşirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva bildirib.

Azərbaycandaən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatlarınalınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı / ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını və mobil tətbiqini təqdim etməyi nəzərdə tutur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment