1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” Bakıda qolf turniri keçirəcək
30.04.2018

 “Türk Hava Yolları” aviaşirkəti növbəti dəfə bütün dünyada qolfun inkişafına daim dəstək olduğunu vurğulayaraq“Turkish Airlines World Golf Cup” yarışı çərçivəsində Bakıda bu idman növü üzrə şirkətlər arasında seçmə yarış təşkil edəcək.

İlk dəfə 2013-cü ildə keçirilən və cəmi 12 mərhələdən ibarət olan “Turkish Airlines World Golf Cup”yarışı hazırda hər hansı başqa həvəskar qolf üzrə korporativ yarış ilə müqayisədə daha çox ölkədə keçirilərək “Türk Hava Yolları”nınhəqiqətən qlobal əhatəsini əks etdirir. Cari ilin seçim mərhələləri 63 ölkənin 100 şəhərində baş tutacaq və iştirakçıları rəhbər vəzifəni tutan adamlarla sərbəst mühitdə ünsiyyət qurmaq, həmçinin dünyada ən nüfuzlu meydançaların birində qolf oyunundan həzz almaq imkanı yaradacaq.Builki turnirin sponsorları qismində “The Financial Times”, “National”, “Titanic Hotels” və “Ruck & Maul” çıxış edəcək.

Bakıda seçmə yarışları 13 may 2018-ci il tarixində “Dreamland” qolf-klubunda keçiriləcək. Qalib “Turkish Airlines World Golf Cup” qrand-finalında iştirak edəcək, həmçinin biznes siniflə Antalyaya və geriyə uçuş,"all inclusive” sistemi üzrə 8 gün “Deluxe Belek Titanic” hotelində qalmaq imkanı əldə edəcək və “Türk Hava Yolları”nın qonaqpərvərliyindən zövq ala biləcək.

Qrand-finaloktyabrın 27-dən noyabrın 4-dək Bələkdə (Antalya) keçiriləcək.Tədbirin aparıcı oyunçuları “Turkish Airlines Open Pro-Am” peşəkarturnirdə iştirak etmək və oradaaparıcı Avropa peşəkarı ilə bir meydanda oynamaq imkanına nail olacaqlar.Ötən illərin qalibləridünyanın ən yaxşı qolfçuları ilə, o cümlədənRori Makilkroy və 14 qat çempion Tayger Vudsla bir meydançaya çıxavaqlar.

Bakıda keçiriləcək “Turkish Airlines World Golf Cup 2018” seçmə turnirində iştirakınızı təsdiq etmək üçün aşağıdaki linkə keçərək qeydiyyat formasını 4 may 2018-ci il tarixindən gec olmayaraq doldurun: https://www.golfgenius.com/pages/1389694

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment