1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın depozit portfeli 42% böyüyüb
30.04.2018

AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Baki, FinanceTime.  Bankın maliyyə hesabatına əsasən, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb. Portfeldə nəzərə çarpan artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi etimadın göstəricisidir. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə depozit portfeli 126,401 milyon manat və ya 41,88% artıb. Bununla yanaşı, portfel ilin əvvəlinə olan göstəricidən də 28,381 milyon manat və ya 7,1% çoxdur.

31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri və baş meneceri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: "Bundan öncə də bəyan etdiyimiz kimi, yaxın zamanda bankımız kapitalını artıracaq. Səhmdarlarımızın son yığıncağında kapitallaşmaya dair qərar verilib. Kapital artımı həm cari, həm də yaxın gələcəkdəki fəaliyyətimizin genişləndirilməsinə təkan verəcək. Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Son dövrdə bankımız həm kreditləşmədə, həm də bank əməliyyatları sahəsində olduqca yüksək nəticələr əldə edib. Bu müsbət dinamikaya əsaslanaraq bu illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq".

"AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara DənizTicarət və İnkişaf Bankı (20%), AvropaYenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstaltfür Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment