1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unicapital istiqrazların təkrar satışını həyata keçirəcək
27.04.2018

Baki, FinanceTime.  Unicapital METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək. Bu haqda Unicapital İnvestisiya Şirkətinin baş meneceri Heydər İbrahimli bildirib: “Bakı Fond Birjasında “METAK” MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorlar tərəfindən METAK istiqrazlarına tələbin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. Bu əməliyyatlar istiqrazların yerləşdirmə üzrə anderrayteri Unicapital İnvestisiya Şirkəti ASC tərəfindən həyata keçiriləcək. İnvestorlar tərəfindən istiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. Unibank və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir.

Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair aparılan siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra Bakı Fond Birjasında yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.

METAK istiqrazları üzrə baş tutan yerləşdirmə qiymətli kağızlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Fond Birjasının universal və yüksək sürətli ticarət imkanları yaradan platforması vasitəsilə kütləvi təklif olub. Bu isə ticarətin ədalətli, təhlükəsiz təşkili üçün şərtlər yaradır və investor bazasının genişlənməsinə müsbət təsir göstərir.

Xatırladaq ki, həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment