1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasında PR menecerlərlə görüş keçirilib
27.04.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin PR menecerləri ilə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin Marketinq və İctimaiyyətli Əlaqələr şöbəsinin rəhbər şəxsləri və nümayəndələri və bir sıra tanınmış jurnalistlər iştirak edib.

Görüşün əsas məqsədi sığorta sektorunun düzgün təbliği üçün PR Strategiyasının hazırlanması üzrə müzakirələrin aparılmasından ibarət olub. ASA-nın sədri qeyd edib ki, sığorta sektorunun işinin effektivliyi yalnız sığorta sahəsinin əməkdaşlarından asılı deyil və buna görə də qeyri-sığorta sahəsində baş verən axsamalar sığorta sahəsinə olan inam və etibarı zədələyir. Hal-hazırda sığorta bazarına qarşı cəmiyyətdə etimadsızlığın səbəblərindən birinin sığorta bazarının istehlakçılara düzgün təqdim edilməməsindən ibarət olduğunu qeyd edib.

Görüş zamanı sığorta bazarının düzgün təbliğinin həyata keçirilməsi üçün bütün sığorta sektorunu əhatə edəcək vahid bir PR Strategiyanın hazırlanmasının zəruriliyi barədə müzakirələr aparılıb. Görüş iştirakçıları məsələ ilə bağlı fikir mübadiləsi aparıb və görüşün yekunu olaraq şirkətlərin bununla təkliflərinin toplanması,ASA-nın nəzdində sığorta təbliğat qrupunun yaradılması və qrup çərçivəsində təbliğat strategiyasının hazırlanması qərara alınıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment