1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
27.04.2018

Baki, FinanceTime.  Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib.Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi roluolan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanıAzercell-in Insan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib,İKT sahəsində qadınlara dəstək məqsədilə həyata keçirilən layihələrdən və imkanlardan söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib.Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib.Tədbirin sonunda “İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup şalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki, Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell MMC qadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment