1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirdi
26.04.2018

Baki, FinanceTime. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində “Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimat keçirilib.Tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Bank əməkdaşları tələbələrəbankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlartəqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərinpeşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.

Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin direktoru Şölə Əkbərova bildirib: “Müvafiq ixtisaslara yiyələnən gənclərimizin öz bilik və bacarıqlarına uyğun karyera qurmalarına dəstək, onlara bu sahədə bərabər imkanların yaradılması üçün Azərbaycan Beynəlxalq Bankı bu cür tədbirləri digər ali təhsil müəssisələrində də təşkil etmək niyyətindədir”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment