1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Niyə mobil bankçılıq biznesiniz üçün bu qədər zəruridir?
26.04.2018

Baki, FinanceTime. Siz öz işinizi qurmaq qərarına gəldiniz və ya sizin biznesiniz artıq bir neçə ildir inkişaf edir? Yaxud siz işlədiyiniz şirkətin fəaliyyətini optimallaşdırmaq istəyirsiniz? Bir qayda olaraq, pullarla aparılan əməliyyatlar çox zaman müəyyən qədər vaxt aparır. Şərait və insan amili az rol oynamır (növbədə vaxt itkisi, sənədlərin və valyutanın işlənməsi və verilməsi və s.). Hər kəs bu uzun prosedurlardan uzaq durmaq istəyir, xüsusilə də əgər söhbət tək hesabdan deyil, idarə olunması və çoxsaylı əməliyyatların aparılması tələb olunan şirkət hesablarından gedirsə.

Bir şirkət olaraq hər ay siz yerinə yetirilməsi bir neçə saat, bəlkə də həftənin günü və günün saatından asılı olaraq bir neçə gün tələb edən zəruri məsələlərlə qarşılaşırsınız.

Bütün maliyyə məsələlərini bir yerdə, bir gündə, hətta bir saat içərisində həll etmək mümkün olsaydı, necə də rahat olardı, elə deyilmi? Belə bir yer mövcuddur!Söhbət “AccessBank”ın mobil bankçılıq xidməti olan“myAccess”dən gedir. Sadə dillə desək, bankın bütün xidmətləri tək mobil əlavədə cəmləşib.

Lakin bütün bunlar əsassız səslənməsin deyə, gəlin mobil bankçılığın şirkətinizin maliyyə əməliyyatlarında sizə necə kömək edə biləcəyinə daha ətraflı nəzər salaq.

Beləliklə, “myAccess” mobil bankçılıq xidməti (əlavəsi) böyük vaxt itkisi olmadan və ən əsası, evdən və ya ofisdən çıxmadan sizə aşağıdakı vəzifələri həll etməyə imkan verir:

1)     Əməkdaşlara əməkhaqqı köçürmək: Artıq əmək haqqını hər bir işçiyə ayrı-ayrılıqda köçürmək lazım deyil, siz bunun üçün sadəcə işçilərin aldıqları məbləğ ilə siyahısını siyahısını yaradırsınız. Bu rahat funksiya bir neçə saniyəyə sizə bütün əməkdaşlara aylıq əmək haqqını köçürməyə imkan verəcək. Bununla yanaşı, ödəniş mütəmadi olaraq həyata keçirilirsə, müntəzəm ödəniş tapşırığından da faydalanmaq olar. Bu halda, siz əməliyyatı ləğv etməyincə və ya onun icrası ilə bağlı konkret müddət təyin etməyincə “myAccess” seçilmiş şəxslərə lazımi məbləği avtomatik olaraq köçürəcək.

2)     Bütün tranzaksiyaların siyahısına nəzarət etmək. Bu funksiyanın mühüm üstünlüyü ondan ibarətdir ki, sizə hesabdan (və ya hesablardan) çıxarış almaq üçün hər dəfə banka müraciət etmək lazım olmayacaq, onun yerinə siz tək səhifədə etdiyiniz bütün əməliyyatların tarixçəsini görəcəksiniz. Həmçinin hər bir tranzaksiyanın detallarını (vaxt, alan tərəf) görmək imkanınız olacaq. Daha bir funksiya - məbləğə, alan tərəfə və zaman kəsiyinə görə tranzaksiya axtarışı. Onun köməyi ilə siz lazımi əməliyyatları asanlıqla tapacaqsınız. Bu, balansdakı vəsaitlərə, ödəniş müddətinə diqqətlə nəzarət etməyə kömək edəcək.

3)     Pulları köçürmək və mübadilə etmək.“myAccess”in köməyi iləsiz layihəyə görə ödənişi, əmək haqqını minimal komissiya ilə (eləcə də “AccessBank”daxilində cari hesablar arasında komissiyasız) köçürə bilərsiniz. Bununla yanaşı, əgər sizə xarici valyutada pul köçürmək lazımdırsa, siz bu əməliyyatı köçürmədən öncə və ya xarici valyuta ilə olan karta köçürmə zamanı birbaşa olaraq “AccessBank”da asanlıqla həyata keçirə bilərsiniz.

4)     Kredit ödəmək. Kreditin ödənilməsi (həm də avtomatik) sizin üçün bir neçə saniyəlik məsələ olacaq.

 

Beləliklə, telefonunuza “myAccess”mobil əlavəsini yükləməklə, Sizin həm daha vacibişlərinizə vaxtınız qalacaq, həm də müntəzəm olaraq həyata keçirməli olduğunuz bəzi maliyyə əməliyyatlarına artıq ehtiyac qalmayacaq. Çünki “myAccess” hər şeyi sizin yerinizə yerinə yetirəcək.

Mobil əlavəni asanlıqla aşağıdakı linklər vasitəsilə yükləmək olar:

Google Play - https://play.google.com/store/apps/details?id=az.myaccess

iTunes https://itunes.apple.com/az/app/myaccess-mobile/id1163184799?mt=8


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment