Baki, FinanceTime. 24 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106007690 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 90.3179 AZN (13.0000%) və 100.0000 AZN (9.0000%) olan 14 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2234 AZN (10.5000%), orta ölçülmüş qiyməti 97.8061 AZN (9.8625%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56 747 000,00 AZN, yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 20 aprel 2021-ci il.
Hərrac iştirakçıları 25 aprel 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.