1 USD 1.7000   1 EUR 1.9314   1 AED 0.4628   1 ARS 0.0450   1 AUD 1.2220   1 BRL 0.4370   1 BYN 0.8012   1 CAD 1.2715   1 CHF 1.7103   100 CLP 0.2494   1 CNY 0.2466   1 CZK 0.0749   1 DKK 0.2587   1 EGP 0.0947   1 GBP 2.1474   1 GEL 0.6377   1 HKD 0.2177   100 IDR 0.0117   1 ILS 0.4517   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.4983   1 KGS 0.0243   100 KRW 0.1503   1 KWD 5.5887   1 KZT 0.0046   100 LBP 0.1127   1 MDL 0.0984   1 MXN 0.0836   1 MYR 0.4065   1 NOK 0.1985   1 NZD 1.1552   1 PLN 0.4489   1 RUB 0.0256   1 SAR 0.4532   1 SDR 2.3530   1 SEK 0.1875   1 SGD 1.2388   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.3176   1 TWD 0.0551   1 UAH 0.0612   100 UZS 0.0203   1 XAG 24.9690   1 XAU 2110.7114   1 XPD 2144.8049   1 XPT 1353.4976   1 ZAR 0.1194   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Dünya xəbərləri


“Kaspersky Lab”avtomobillərin proqram təminatında boşluqların nəyə gətirib çıxara biləcəyini açıqlayıb
24.04.2018

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkətinin ekspertləri qadağan olunmuş forumlarda, demək olar ki, bütün müasir avtomobillərin kompüter sistemlərinə yol açan zərərverici proqramlar və alətlər aşkar edib. Təhlükə həqiqətən qlobal xarakter daşıyır, çünki ağıllı avtomobillər üçün proqram təminatının böyük bir hissəsində indiyədək bir kütlə köhnə və qapalı olmayan boşluqlar mövcuddur.

Bütün müasir avtomobil kompüter sistemləri müntəzəm olaraq yenilənməlidir: aktual naviqasiya kartlarının yüklənməsindən ciddi texniki yenilənmələrədək. Avtomobil sahibi bu yenilənmələri diler mərkəzində simsiz internet və ya USB vasitəsilə əldə edə bilər. Lakin bütün bu ssenarilər çox sayda boşluğa malikdir və təcrübə göstərir ki, cinayətkarlar bu boşluqlardan fəal istifadə edirlər. Zərərverici proqramlar vasitəsilə cinayətkarlar avtomobil sistemlərinə daxil olub, onlar üzərində nəzarətə sahib olurlar.

“Kaspersky Lab” şirkətinin analitikləri qadağan olunmuş məkanlarda zərərverici alətləri təhlil edib,belə qənaətə gəliblər ki, cinayətkarlar onların köməyi ilə yoxulmuş avtomobillər üzərində aşağıdakı hərəkətləri edə bilərlər:

·         “backdoor” yaradaraq avtomobilə gizli çıxış almaq;

·         avtomobil üzərində distant nəzarətə sahib olmaq;

·         avtomobil sistemlərində, bəzən isə onlara qoşulan qurğularda, məsələn, smartfonlarda istənilən məlumatları toplamaq;

·         avtomobilin müxtəlif funksiyalarını bloklayan və ya modifikasiya edən zərərli proqram təminatı tətbiq etmək;

·         avtomobilin elektron idarəetmə sistemlərini manipulyasiya etmək və müəyyən funksiyalarını, məsələn, təhlükəsizlik yastığı sisteminin işə düşməsini dəyişmək;

·         avtomobil sisteminə və ya ayrı funksiyalara çıxışın bərpası üçün pul tələb edən proqramı aktivləşdirmək;

·         GPS və internet vasitəsilə avtomobilə nəzarət etmək;

·         mikrofonlar və kameralar vasitəsilə sürücü və sərnişinlərə nəzarət etmək;

·         avtomobili gizli açmaq və hətta oğurlamaq.

“Müasir avtomobillərin imkanları, məsələn, distant diaqnostika və ya əyləncə sistemlərinə çıxış, şübhəsiz ki, avtomobil sahiblərinə əlavə rahatlıq və komfort verir. Lakin eyni zamanda, bu ağıllı maşınlar həm ayrıca insan, həm də bütün avtomobil sənayəsi üçün yeni risklər yaradır. Avtomobillərdə kompüter sistemləri hələ də kibercinayətkarların diqqətini çəkir.Kibercinayətkarlar avtomobilin quraşdırılmış elektron komponentlərinin proqram təminatına asanlıqla daxıl olub, onların işini pozmağa qadirdilər.Məhz buna görə də insan təhlükəsizliyi və ümumi etibarlılığına göstərdiyimiz diqqəti bir o qədər də müasir avtomobillərin kibertəhlükəsizliyinə yetirmək lazımdır.Avtomobildə hərhansı nasazlığın və ya yolda təhlükəli vəziyyətin ehtimalını azaldan avtomatik funksiyaların və sürücü assistentlərin sayı istənilən qədər ola bilər. Bəs əgər bütün bunlar əlavədə bircə boşluq üzündən kənardan deaktiv olacaqlar? Müasir avtomobil kibertəhlükəsiz deyilsə, o, ümumiyyətlə, təhlükəsiz deyil”, - deyə “Kaspersky Lab”ın Perspektiv Texnologiyalar Departamentinin biznes inkişafı üzrə baş meneceri Sergey Kravçenko bildirib.

Avtomobil proqram təminatında boşluqların nəyə gətirib çıxara biləcəyi barədə daha ətraflı məlumatı "Kaspersky Lab” şirkətinin hesabatında oxuyun: https://www.kaspersky.ru/blog/dont-hack-your-car/20203/.





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment