1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” otelində “Azərbaycan dizaynerləri və estrada ulduzları” adlı tədbir keçirildi
24.04.2018

Baki, FinanceTime.  “Excelsior Hotel & Spa Baku” otelinintəşkilatçılığı ilə  2018-ci il aprelin 19-da otelin “Əlincə”  zalında Baku Fashion Clubun növbəti yığıncağı keçirildi. Bu dəfə mövzu “Tandemin sirrləri! Azərbaycan dizaynerləri və şou-biznes ulduzları” oldu.

Klubun təşkilatçısı Lyubov Quturova tədbirlə bağlı bildirdi ki,  “zamanla ayaqlaşamağa” çalışaraq, Facebook sosial şəbəkəsində fan-page Baku Fashion Clubda nümayiş olunan birbaşa yayım sayəsində moda sahəsində iştirakçıların, həvəskarların və marağı olanların auditoriyası genişləndirilir. Çünki klubun bəyan edilmiş məqsədinin şüarı və formatı – Azərbaycan modasının peşəkarlarını və həvəskarlarını birləşdirməkdir.

Həmin gecənin spikerləri kimi məşhur Azərbaycan modelyer-dizayneri, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnara Xəlilova, modelyer-dizayner, “Zümrüd Mirzəliyeva” evinin əsasını qoymuş Zümrüd Mirzəliyeva çıxış etdilər.

Mövzunun spesifikası dərhal söhbətin istiqamətini müəyyən etdi. Xüsusən də, Gülnara Xəlilovanı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə uzun illərin məhsuldar əməkdaşlığı bağlayır, Zümrüd Mirzəliyeva isə hazırda populyar olan müğənni Günay İbrahimli ilə işləyir. Zümrüd Mirzəliyeva peşəkar bioqrafiyasında çoxdan tanıdığı Tünzalə xanımla da işləməyə vaxt tapıb.

Gülnara xanım söhbətə 1999-cu ildə fəaliyyətə başlamasından başlayaraq, vurğuladı ki, modelyer və dizayner üçün təhsilin mühüm əhəmiyyəti vardır. O, yenə də bir çox həm estrada, həm də moda ulduzlarınastart vermiş məşhur “Bakı payızı” müsabiqəsini yada saldı. Əməkdaşlığın təşəbbüskarının kim olduğu sualına cavab verən Gülnara xanımbildirdi ki, ona həmişə müraciət edirlər və bu da onun yaradıcılıq fəaliyyətinə verilən qiymətin göstəricisidir. Tünzalə xanım ilə əməkdaşlıq dizayner üçün istisna hal deyil.

Zümrüd Mirzəliyeva zarafatla söhbətə başlayaraq dedi ki, onun üçün geyim yaratmaq söhbət etməkdən daha asandır. Sonra isə davam etdi ki, “ulduz - dizayner” tandeminin uğuru, hər şeydən əvvəl – etibardır. Bu fikirdə onu Gülnara Xəlilova da dəstəklədi. Onların qeydləri bir-birini tamamlayır və bu fikirdə birləşirdi ki, hər iki tərəfin zəmanətli uğuru – fərdi yanaşma və ulduzun şəxsi tərəfini görməkdir. Gülnara xanımın sözlərinə görə, tamaşaçılar musiqi kompozisiyasının ifasını eşidənə qədər xanım müğənni səhnədə müəyyən qədər məsafə qət edir. Məhz bu an tamaşaçı ifaçının zövqü haqqında rəy verir. Zümrüd xanım isə ayrıca onu da qeyd etdi ki, geyimləri yaradarkən, onların “təyinat məqsədi”ni nəzərə almaq vacibdir. Çünki səhnə geyimi klip geyimindən fərqlənir. Fotosessiyalar isə öz seçim qaydalarını buyurur.

Söhbət əsnasında Zümrüd Mirzəliyeva gənc və yeni işə başlayan modelyer-dizaynerlərə onlarda məsuliyyətin dərk edilməsinin mütləq olması sözləri ilə müraciət etdi, belə ki, məhz bu, sabahkı günün zövqünü və üslub hissini formalaşdırır. O, bir daha qeyd etdi ki, “atelye” anlayışı bir qədər başqa spesifikadır və ondan qətiyyən qorxmaq lazım deyil Ən əsası ifa zamanı şəxsi xəttini və üslubunu qoruyub saxlamaq, bununla da nəyinsə surətini çıxarmaq yox, fərdi bir şey yaratmaqdır.

Gülnara Xəlilova isə plagiatda günahlandırılmamaq üçün qəti surətdə bundan imtina edir. Onu daha çox bu gün bizdə yüksək keyfiyyətli toxuculuq istehsalının olmaması narahat edir, ona görə də dizayner geyiminin dəyəri yüksək qalır. Bizim qadınlar həmişə gözəl geyinməyi xoşlamış və bacarmışlar. Bu, həm də Zümrüd Mirzəliyeva tərəfindən dəstəkləndi və o bildirdi ki, Bakı şəhərinin küçələrində, təkcə küçələrdə yox, elə hər yerdə geyimdə fərdiliyin olmasını istəyir.

Klub öz fəaliyyətini davam edir və tezliklə növbəti görüşün mövzusu elan ediləcək və moda tərəfdarlarını “Excelsior Hotel & SpaBaku”nun rahat “Əlincə”  zalında toplayacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment