1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu
23.04.2018

Baki, FinanceTime.  Dövlət bankı Azər Türk Bankın 01 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 116,9 milyon manat təşkil etmişdir.

Ümumi gəlirlər 15,5 milyon manat , xərclər 15,3 milyon manat olmuşdur. Birinci rübdə Bank 192 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 53,7 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olmuşdur. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilmişdir.

Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 77,2 milyon manatı əhalinin ilin əvvəlindən bəri həcmi 2,6 faiz artmış əmanətləridir.

Hazırda dövriyyədə Banka məxsus 39 200-dən artıq aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Cari ilin ilk üç ayı ərzində Bankın müştərilərinin sayı 16% artaraq 28 594 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment