1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sədələşdirilməsi müzakirə olunur
20.04.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev, Bolqarıstanın Bakıdakı ticarət missiyasının rəhbəri İliyan Kostovla görüşüb.

Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu deyən Məmməd Musayev bildirib ki, iki ölkənin dövlət başçıları arasında olan yaxşı münasibətlər iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə zəmin yaradır. Qeyd olunub ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamalarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.

Azərbaycanda Bolqarısstanın ticarət missiyasının rəhbəri kimi yeni təyin olduğunu deyən İliyan Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində maraqlı olduğunu bildirib.

“Qeyd etdiyiniz kimi doğurdan da ölkərimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər indiki ticarət dövriyyəsinin həcminə uyğun gəlmir. Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycandakı gənc nəsil bizim nəslin nümayəndələrindən fərqli olaraq Bolqarıstan məhsulları haqqında yaxşı məlumatlı deyil. Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”.

Məmməd Musayev Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Orta Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib.

Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev əlavə edib ki, hazırda Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilir.

“Bizim Asan viza ilə bağlı çox yaxşı təklifimiz var. Hazırda bu məsələ Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur. Biz vizanı ASAN vasitəsi ilə sadələşdirə bilərik. Lakin hansı qərarın veriləcəyini zaman göstərəcək”, - deyə Y.Yanakiyev vildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment