1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”kart sahiblərini alış-veriş zamanı imza atmaq tələbindən azad etdi
19.04.2018

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti ABŞ və Kanadada ticarət obyektlərinin nümayəndələri kredit və debet kart vasitəsilə alış-veriş zamanı kart sahiblərinin imzası tələbindən artıq imtina edə biləcəklərini elan edib.Bu qərarın əsas məqsədi növbədə duran müştərilərin keçməsini sürətləndirmək və müştərilərlə işə daha yaxşı nəzarət etmək imkanıdır.

Baki, FinanceTime. Son illər ərzində “Mastercard” avtorizasiya və təhlükəsizliyin təmin olunması istiqamətində yeni həllər həyata keçirib, onların arasında çipli kartlara müvəffəqiyyətli keçid, tokenizasiya, biometriya və fırıldaqçılığın qarşısını almaq üçün kart sahiblərinin imzalarında ehtiyacı minimuma endirən erkən aşkaretmə sistemləri.Şirkət tərəfindən qəbul olunmuş “Sıfır məsuliyyət” (“Zero Liability”) prinsipi o deməkdir ki, kart sahibləri karta yetirilən hər hansı zərərə görə heç bir zaman məsuliyyət daşımırlar.Bundan başqa, kontaktsız və qısamüddətli ödənişlər lazımi avadanlıqla təchiz edilmiş yeni ödəniş terminallarının əksəriyyətində quraşdırılır.

Yeniliyi qeyd etmək üçün “Mastercard” Amerikada “Signature Retirement” adlı sorğu keçirərək müəyyənləşdirib ki, oradakı istehlakçılar da imzalarlavidalaşmaq arzusundadırlar:

·         Demək olar ki, hər beşinci amerikalı (17%)satış üzrə qəbzlərin rəsmləşdirilməsi istisna olmaqla sonuncu dəfə nə zaman qol çəkdiyini xatırlamır. Gənc nəsil isə bu məlumatı daha da çətinliklə yada salır.

·         Satış hüdudlarından kənarda istehlakçıların yarısından çoxu (55%) ayda bir neçə dəfə və ya ondan da az imza atır.

·         Amerikalıların təqribən ¾ hissəsini (72%) mağazadaonların qarşısında duran adamın uzun müddət ödəmə etməsi qıcıqlandırır.

·         Amerikalıların 32%-i əl ilə yazmamağa üstünlük verirlər. Daha gənc istehlakçılar (18-34 yaşlı) yaşlı istehlakçılarla (55+) müqayisədə iki dəfə daha çox əl ilə yazmağı sevmirlər.

“Mastercard” alış zamanı kart sahiblərdən imza tələb etməyəcəyi haqqında qərarı ilk dəfə 2017-ci ilin oktyabr ayında elan edib.

 

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment