1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb
19.04.2018

Baki, FinanceTime. Unicapital İnvestisiya Şirkəti METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. “METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və “METAK”çıxış edir. Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satınalınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satınalınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK”  MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi olanlar isə (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcək. 

"METAK" MMC-nin yeni istiqraz emissiyasınınanderrayteri Unicapital İnvestisiya Şirkətidir. İstiqrazların say və həcmindən asılı olmayaraq, Unicapital alıcılara sərfəli komissiya təklif edir. İstiqrazları alan şəxs komissiya və pulköçürmə haqqı olaraq cəmi 5 AZN ödəyəcək. Həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. Hər kəs Unicapital İnvestisiya Şirkətinə müraciət edərək, METAK istiqrazlarını hərracda əldə edə bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment