1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay idarəetmə komandasını daha da gücləndirir
18.04.2018

Baki, FinanceTime. Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay gələcək inkişafı ilə bağlı idarəetmə strukturunda 13 aprel 2018-ci il tarixindən etibarənbir sıradəyişikliklər həyata keçirib.

Qəbul edilmiş qərara əsasən,Fərid İsmayılzadə şirkətin İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, daha yüksək idarəetmə orqanı olan Müşahidə Şurasının üzvü təyin edilərək strateji idarəetmə və inkişaf işlərində fəal iştirak edəcəkdir.

“Bundan sonra İdarə Heyəti sədri vəzifəsinə isə çox etibar etdiyim Naina Mehdiyevanı təyin etdik. Naina xanım şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olub. Bu təyinatadək Naina xanım şirkətdə əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub”, qərarı şərh edərək Fərid İsmayılzadə bildirib.

“İdarə Heyətinin yeni üzvü olaraq Tuğba Uçar təyin edilib. Məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq Tuğba xanım daha öncə ABŞ və Türkiyədə aparıcı şirkətlərdə çalışıb, yeni təyinatadək Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işləyib”, əlavə olaraq Fərid İsmayılzadə qeyd edib.

İdarə Heyətinin digər üzvü olan Məhəmmədiyə Abdurəhimov isə əvvəlki kimi şirkətdə İnformasiya Texnologiyaları sahəsinə cavabdehdir.

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb.Şirkət texniki işlərin yekunlaşması, “Visa”və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.Bu müddətdə GoldenPay yüzlərlə xidmətlərüzrə onlayn ödəmələrin qəbulunu təmin edərək nağdsız hesablaşmaların artımında mühüm rol oynayan şirkətə çevrilib.

Həyata keçirilmiş dəyişikliklər GoldenPay şirkətinin institusional inkişafına və idarəetmə komandasının daha da güclənməsinə yönəlibdir. GoldenPay şirkətiyaxın vaxtlarda müştərilərinəyeni xidmətlər və imkanlar təqdim etməyi nəzərdə tutur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment