1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” ASC “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət oldu
13.04.2018

Baki, FinanceTime. Azərbaycanın sığorta bazarında öz yenilikləri ilə seçilən “Qala Sığorta” şirkəti baş ofisində “all-wireless” konsepsiyasının tətbiqi çərçivəsində “Huawei Enterprise”ın “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olub.Bu layihə“Mars Tech” şirkətinin ixtisaslı mütəxəssisləri sayəsində uğurla həyata keçirilib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Huawei” şirkətinin həlli unikal texnoloji xüsusiyyətlərə malikdir:Belə ki, mövcud strukturlaşdırılmış kabel sisteminindən istifadəsi imkanı,ənənəvi simsiz “Wi-Fi” həllərindən öz səmərəliliyi ilə 20%-ə yaxın fərqlənməsi və məlumat itkilərinin qarşısı alınmasına dair hər bir istifadəçi üçün müstəqil rouminq əhatəsinin təmin edilməsi sistemin əsas texnoloji xüsusiyyətləridir.

"Baş ofisin simsiz şəbəkəsi ilə 100% əhatələnməsi, təmir-tikinti işləri aparılmadan mövcud infrastruktur bazasında təmin edilməsi texnoloji baxımdan bizim əsas tələblərimizdən biri idi. Biz Azərbaycanda “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olduq. Təbii ki, müasir dövrdə informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Düşünürəm ki, gələcəkdə bu inkişafdan yararlanaraq IT sahəsində bir çox yeniliklər tətbiq edəcəyik”, - deyə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri FuadAllahverdiyev bildirib.

Həllin arxitekturası ənənəvi “controller-based” tətbiqindən bir qədər fərqlənir və hələ də iki növ cihazı ehtiva edir: WLAN kontrollerləri(AC) və giriş nöqtələri (AP). Əsas fərq, giriş nöqtələrinin artıq iki növə bölünməsidir: mərkəzi giriş nöqtələri (Central AP) və simsiz ötürməcihazları (RRU).

Qeyd edək ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment