1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank yenə yaxşı nəticələr açıqladı – 5 milyona yaxın mənfəət
13.04.2018

Baki, FinanceTime. 2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ilk rübündə yüksək mənfəət əldə edib. İlin ilk 3 ayı ərzində Unibankın mənfəəti 5 milyon manata yaxın olub. Bankın məcmu kapitalında da nəzərəçarpacaq artım qeydə alınıb. Məcmu kapital artaraq 70 milyon manata çatıb. 

Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində əhəmiyyətli dərəcədə artım davam etməkdədir.

“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2018-ci ildə qarşımızda olan hədəflərə çatacağımıza inanırıq: “1-ci rübün nəticələri artıq onu sübut etdi ki, Bank qarşıya qoyduğu hədəflərə doğru inkişaf istiqamətində düzgün yoldadır. Son dövrlərdə həyata keçirdiyimiz islahatlar, bazara təqdim etdiyimiz məhsul və xidmətlər Bankın orta müddətli strategiyasını uğurla həyata keçirəcəyimizə əminliyi daha da artırır. Unibank olaraq qarşıdakı illərdə də müştəri məmnuniyyəti əsas prioritetimiz olaraq qalacaq”.

Ötən ilin nəticələri ilə müqayisədə Unibankın kredit portfelində 11 milyon manatdan çox artım qeydə alınıb. Aktiv kreditləşmə dövrünə qədəm qoyan bank, verilən kreditlərin həcmində də ciddi artım əldə edib. Ötən ilin 1-ci rübü ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 6 dəfə, istehlak kreditlərinin həcmi 5 dəfə artıb.

Bir çox sahələrlə yanaşı, kart satışında da artım olub. 2017-ci ilin 1-ci rübü ilə müqayisədə debet kartların sayı 19% artıb.

Keyfiyyətli və innovativ bank xidmətini günü-gündən təkmilləşdirən Unibank, ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biridir. Ötən ildən ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində  innovativ modelin tətbiq olunmasıyla, müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb. Daha qısa müddətdə yüksək keyfiyyətli bank xidməti, bankın müştəri sayını 2% artırıb.

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, bu ilin 1-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı rüb ərzində artaraq 150 000-i keçib. Biznes sahibləri üçün nəzərdə tutulan Unibank Business Mobile istifadəçilərinin sayında da artım qeydə alınıb.

Unibank ölkədə elektron bankçılığın inkişafına öz töhfəsinə verməkdə davam edir. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 3 nominasiya üzrə qalib olub:

- “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;
- “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;
- “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.

İlin əvvəlindən bu yana Unibank ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri kimi aktivliyini artırmaqda davam edib. Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin- “METAK” MMC-nin 3 milyon manatlıq istiqrazına təminatçı olub. "METAK" MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya Şirkəti həyata keçirəcək. Unibankın dollar valyutasında olan öz istiqrazları ilə bağlı da 1-ci rübdə yeniliklər olub. Unibank istiqraz sahiblərinə ilk faizlərini ödəyib.

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən Unibank üçün ilin birinci rübü bu sahədə uğurlu bir layihəyə imza atmaqla da yadda qalan olub. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment