1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Futbol üzrə Dünya Çempionatını canlı izləmək şansı - Visa və Xalq Bankdan
09.04.2018

Baki, FinanceTime.  Visa və Xalq Bankın Visa plastik kart sahibləri üçün “Visa kartı ilə ödəniş et və Rusiyaya 2018-ci il futbol üzrə Dünya Çempionatına getmək şansını əldə et!” kampaniyasına start verildi. 29 aprel 2018-ci il tarixədək Xalq Bankın Visa plastik kartları (Visa Business kartları istisna olmaqla)  ilə nağdsız ödəniş aparan hər kəs qeyd olunan aksiyada iştirak etmək hüququ qazanır. Qeyd olunan müddətdə ölkə ərazisində və xaricdə 10 manatdan (xarici valyutada ekvivalenti) başlayan hər tranzaksiya uduş şansı verir. Bunun üçün https://www.visa.com.az saytında qeydiyyat formasını doldurmaq kifayətdir. Qeydiyyat zamanı əməliyyatın vaxtı, məbləği və tranzaksiyanın kodu daxil edilir. Daha çox nağdsız ödəniş, daha çox uduş şansı verir. Lotereyada 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları və qeyri-rezidentlər iştirak edə bilər.

Lotereyanın uduşu 2018-ci ilin iyun-iyul aylarında Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına iki səyahət paketindən (hər biri iki nəfərlik) ibarətdir. Uduş may ayının 1-də keçiriləcək və nəticələri KİV-də dərc olunacaq

Xatırladaq ki, Xalq Bank Visa Platinum, Visa Gold, Visa Classic, Visa Eleсtron və Visa İnternet plastik kartlarını müştərilərə pulsuz təqdim edir. Xalq Bankın aksiyaları və məhsulları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment