1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib
09.04.2018

Baki, FinanceTime.  09 aprel 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. Toplantıda bankın 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, bankın təşkilati strukturu, İdarə Heyətinə 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.

Qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış Azərbaycan Beynəlxalq Bankı hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, Müşahidə Şurasının iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. Azərbaycan Beynəlxalq Bankının təşkilati strukturunun optimallaşdırılması, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.

Müşahidə Şurasının iclasında Bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment