1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında qabaqcıl təcrübə hesab olunur
05.04.2018

Baki, FinanceTime. 2018-ci il mart ayında İslam İnkişaf Bankı (İİB) üzv ölkələrin ən qabaqcıl təcrübələrini əks etdirən məqalələrdən ibarət “Reverse Linkage” (Qarşılıqlı əlaqə) dərcinin ilk nömrəsini nəşr etdirib. Buraxılışda “Dövlət xidmətlərinin göstərilməsində innovasiyalar - Azərbaycandan baxış” adlı məqalə “ASAN xidmət” təcrübəsinə həsr edilib.

Məqalədə son illərdə Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində aparılmış uğurlu islahatlardan söhbət açılıb. Qeyd olunub ki, bu islahatların ən böyük hissəsi 2012-ci ildə “ASAN xidmət”in yaradılmasının payına düşür.

Məqalədə əks olunub ki, “ASAN xidmət”in yaradılması məqsədi dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi, dövlət qulluqçularının peşə bacarıqlarının inkişaf etdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir.

Daha sonra “ASAN xidmət”in beynəlxalq mühitdə əldə etdiyi uğurları, 2015-ci ildə “ASAN xidmət”in BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək mükafata - 1-ci yerə layiq görülməsi xüsusi qeyd edilib. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinə uyğun olaraq, Dövlət Agentliyinin “ASAN xidmət” üzrə təcrübə və nou-hauları tərəfdaş ölkələrə ötürmək üçün bir çox beynəlxalq əməkdaşlığa imza atıb.

Əməkdaşlığın nəticəsi olaraq Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsində eyniadlı qurum “ASAN khedmat”in təsis edilməsi vurğulanıb.

Məqalədə Dövlət Agentliyinin İndoneziya, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaması xüsusi qeyd olunub.

Həmçinin, Dövlət Agentliyi Cənub-Cənub əməkdaşlığı platforması ilə yanaşı bir çox ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığını davam etdirməkdədir.

Dövlət Agentliyi İtaliya, Fransa, Koreya, Portuqaliya, Monteneqro və digər ölkələr ilə ikitərəfli əməkdaşlıqdan savayı, BMT-nin bir sıra qurumları ilə səmərəli əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsi olaraq 22 mart 2018-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə “Dövlət

xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edilib. Qətnamənin məqsədi ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri hesab edilən “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qeyd edək ki, “Reverse Linkage” (Qarşılıqlı əlaqə) İİB tərəfindən üzv ölklərin inkişafını artırmaq üçün, eləcə də ölkələr arası həmrəyliyi genişləndirmək və etibarlı tərəfdaşlıq formalaşdırmaq məqsədilə Cənub-Cənub əməkdaşlığı platforması üzrə irəli sürülən təşəbbüsdür. Bu təşəbbüsün əsas hədəfi üzv ölkələrin potensialını digər üzv ölkələrin potensialına uyğunlaşdırmaq, hər hansı bir üzv ölkənin qabaqcıl təcrübəsini digər ölkəyə ötürməkdir.

Məqaləyə keçid: (səhifə 117-120) http://digital.tudor-rose.co.uk/reverse-linkage/#117

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment