1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından yenilənmiş İnternet bankçılıq xidməti
05.04.2018

Baki, FinanceTime. Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yenilənmiş – “IBAnking” internet bankçılıq xidmətini müştərilərin istifadəsinə verib. Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. Xatırladaq ki, bundan bir neçə ay öncə Bank öz “IBAm” mobil əlavəsini istifadəyə vermişdi. “IBAm” mobil əlavəsinin istifadəçiləri öz mövcud istifadəçi adları və şifrələri ilə “IBAnking”dən istifadə edə bilərlər. Həmçinin 16 May tarixinə qədər hər iki xidmət üzrə bir çox xidmətlərdən heç bir komisyon haqqı olmadan və endirimli tariflərlə yararlanmaq olar. Müştərilər bu xidmətə həm şəxsiyyət vəsiqəsi və mobil nömrələri vasitəsilə, həm də ATM vasitəsilə qoşula bilər.

“IBAnking” İnternet bankçılıq sisteminin istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

-Hesablar barədə məlumatın əldə edilməsi;

-Müştərinin bankda mövcud olan kreditləri və əmanətləri barədə məlumatların əldə edilməsi;

-Təcili kredit sifarişi sorğusunun yerləşdirilməsi;

-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

-Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara, həm də xarici ölkələrin VİSA və Mastercard tipli ödəniş kartlarına köçürmələr;

-Müştərinin bankdakı mövcud kartları və cari hesabları arasında köçürmələr;

-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, “IBAnking”ə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur. Bankın müştəriləri üçün xidmətə qoşulma və istifadə tamamilə pulsuzdur. “IBAnking” xidmətinə Azərbaycan Beynəlxalq Bankının bankomatları, yaxud bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment