1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda "Ali təhsilin rəqəmsal transformasiyası" seminarı keçirilib
03.04.2018

Baki, FinanceTime.  “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda ali məktəblərin müəllim və inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov qeyd edib ki, “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

“Azərbaycanın təhsil sahəsinin nümayəndələri arasında rəqəmsaltransformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesihələ də erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, - deyə Emin Axundov bildirib.

Öz növbəsində tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı sözügedən təhsil ocağının rəqəmsal transformasiya təcrübəsi barədə danışıb, həmçinin qeyd edib ki, bu proses bir neçə qarşılıqlı mərhələlərdən ibarətdir və tək təhsilin məzmununa deyil, həm də onun təşkilinə toxunur. Ümumiyyətlə, tədris prosesi haqqında daha müfəssəl məlumatlara sahib olmaq imkanı, tələbələrin nailiyyətlərində və tədris proqramlarında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır.

“Bu gün əmək bazarı təhsil müəssisələrindən məzunları keyfiyyətcə fərqli hazırlanmasını tələb edir. Biz tələbə və müəllimlərin innovasiya ideyalarına böyük əhəmiyyət veririk və bununla da təhsilin transformasiya prosesinu dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları daha hazırlıqlı qarşılasın", - deyə professor Mustafa Babanlı bildirib.

Seminar çərçivəsində “Azure”, “Office 365”, “Imagine Academy”, tələbərin sertifikatlaşdırılması və “Microsoft”un təhsil sahəsində istofadə olunan bu kimi məhsul və xidmətləri təqdim olunub, həmçinin İT-infrastrukturun idarə edirlməsi və "ictimai bulud" xidmətlərinin iqtisadi səmərəliyi məsələlərinə toxunulub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment