1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub
02.04.2018

Baki, FinanceTime.  26 – 30 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icraçısı olduğu “Vətəndaşyönümlü və şəffaf inzibati proseslər üçün elektron idarəçilik” adlı regional layihə çərçivəsində İtaliya Respublikasının Roma şəhərinə səfər edib.

Səfərin məqsədi Beynəlxalq Akademiya, Tədqiqat və Sənaye üzrə Assosiasiyanın (İARİA) təşkilatçılığı ilə keçirilən “Rəqəmsal cəmiyyət və e-hökumətlər” mövzusunda illik konfransda iştirak etmək olub.

Konfrans dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət, özəl və elmi dairələrin nümayəndələrinin vətəndaşyönümlü e-hökumət, dövlət-özəl tərəfdaşlığı (PPP), mobil hökumətə keçid, e-hökumətdə vətəndaşların iştirakı imkanlarının müzakirəsi və əlaqələrin qurulması üçün əlverişli platforma olub.

26 mart tarixində keçirilmiş “Rəqəmsal cəmiyyət və e-hökumətlər” mövzulu sessiyada ““ASAN xidmət” və E-hökumətin inkişafı: Azərbaycan təcrübəsi” başlığında təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.

Bundan əlavə, 27 mart tarixində keçirilmiş “Dövlət xidmətləri sahəsində informasiya texnologiyaları tendensiyaları” adlı sessiyada bu sahənin günümüzdəki zərurililiyi, mövcud qabaqcıl təcrübələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb və geniş müzakirələr aparılıb.

Bundan başqa konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Braziliya, Almaniya, Estoniya, Norveç, Belarus, Gürcüstan nümayəndələri Azərbaycanın dövlət xidmətləri, e-hökumət, e-xidmətlər sahəsindəki təcrübələrini maraqla qarşılayıb, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment