1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bankın İdarə Heyətində yeni təyinatlar
30.03.2018

Baki, FinanceTime.  Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minmişdir.

Beləliklə, təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq öncə PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsini tutan Cavid Quliyev PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı təyin edilmişdir.

Öncə İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışan Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilmişdir.

Öncə Xəzinədarlıq departamentinin direktoru vəzifəsini tutan Bəhruz Nağıyev İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilmişdir.

Öncə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru vəzifəsini tutan Cəlal Orucov PAŞA Bankın İdarə Heyətinin yeni üzvü və Baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilmişdir.

Bankın Müşahidə şurasının tərkibində də dəyişikliklər baş vermişdir. Belə ki, PAŞA Holdinqin Biznesin inkişafı üzrə direktoru və İcraçı direktorunun müavini Şahin Məmmədov Müşahidə şurasının üzvü təyin edilmişdir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə İdarə Heyətinin tərkibinin yenilənməsi ilk növbədə Bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlmişdir.

«Növbəti 3 il ərzində PAŞA Bank diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin  müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək», - deyə Taleh Kazımov öz fikrini yekunlaşdırmışdır.

 

PAŞA Bankın İdarə Heyətinin yeni tərkibi:

Taleh Kazımov, İdarə Heyətinin sədri və Baş icraçı direktor

Cavid Quliyev, İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavinivə Baş kommersiya inzibatçısı

Xəyalə Nağıyeva, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı

Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı

Cəlal Orucov, İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment