1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib
30.03.2018

Baki, FinanceTime.  29 mart 2018-ci il tarixində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (AZINNEX) İdarə Heyətinin növbəti görüşü keçirilib.

Görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib.

Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Həmçinin, görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib.

Bundan başqa AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər davam etdirilir. İdarə Heyətinin üzvləri tərəfindən nümayəndəliyin Özbəkistanda planlaşdırılan fəaliyyəti geniş müzakirə olunub.

Daha sonra yerli qanunvericilikdə baş verən yeniliklər, xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərmanı” və 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” barədə şirkətlər tərəfindən müzakirələr edilib. O cümlədən, Konsorsium üzvlərinin bu istiqamətdə gələcək fəaliyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda İdarə Heyətinin iclası aprel ayına planlaşdırılan strateji, təşkilati və inzibati məsələlərin müzakirəsi ilə yekunlaşıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment