1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Cybernet Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin proqram təminatını hazırlayacaq
28.03.2018

Baki, FinanceTime. Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasınınelan etdiyi“Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri kiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanıyaradır. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır. Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq.Bu da nəticədə maliyyəyə əlçatanlıqimkanlarını genişləndirəcək.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Cybernet şirkətinin nümayəndələri beynəlxalq təcrübə mübadiləsi əsasında ən müasir nümunələr üzrə araşdırmalar aparmışlar.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment