1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Türk Hava Yolları" Səmərqəndi marşrut şəbəkəsinə əlavə edib
19.03.2018

YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan Səmərqənd şəhəri "Türk Hava Yolları" aviaşirkətinin marşrut şəbəkəsinə 302-ci istiqaməti kimi əlavə olunub.

Əsrlərboyu dünya ticarətinin ən mühüm nəqliyyat yollarının birində – İpək Yolu üzərində yerləşən Səmərqənd "Türk Hava Yolları"nın Özbəkistan üzrə uçuşlar həyata keçiridiyi ikinci şəhəri oldu (paytaxt Daşkənddən sonra).

"Türk Hava Yolları" aviaşirkətinin baş direktoru Bilal Ekşi Səmərqənd hava limanında açılış mərasimi zamanı çıxış edib: “Biz sivilizasiya tariximizin ən əhəmiyyətli şəhərlərindən biri olan və YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmiş Səmərqəndə uçuşlara başlamışıq. Bundan sonra bizim birbaşa reyslərimiz sayəsində Səmərqəndə 121 ölkədən uçuşlar həyata keçirmək mümkün olacaq.

Hesab edirəm ki, mədrəsə, məscid, muzey, məqbərə, rəsədxana və memarlıq inciləri ilə dolu bu gözəl şəhər turizm sahəsində sürətlə inkişaf edəcək. Üstəlik, biz tarixi xadimlər və alimlər üçün əbədi rahatlıq məkanı olan şəhərə xidmət etməyə şadıq.

Biz fəxr edirik ki, "Türk Hava Yolları" Özbəkistana 1992-ci ildən uçuşlar həyata keçirərək iki qardaş ölkə arasında əlaqələri daim möhkəmləndirir. Bizim aviaşirkət Daşkənd şəhərinə həftədə 7 dəfə uçur, Səmərqəndə isə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək. Gözlənilir ki, vaxt keçdikcə reyslərin sayı həftədə üç dəfəyədək artacaq.

Əminəm ki, bu həftə aviadaşımalar üzrə uzadılan saziş ölkələrimiz arasında hava körpüsünü möhkəmləndirəcək. "Türk Hava Yolları" getdikcə artan müntəzəm reysləri ilə daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirir. Mən Özbəkistan rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim”.

İstanbul-Səmərqənd reysləri həftədə 2 dəfə yerinə yetiriləcək. İstanbuldan Səmərqəndə və əks istiqamətə biletin minmal qiyməti 364 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+99412) 404-88-49 əldə etmək mümkündür.

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) 328 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment