1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Palata daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimini keçirib
15.03.2018

Baki, FinanceTime.  Bu gün "Boulevard Hotel Baku"-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimində nazirliklərin və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq qurumların nümayəndələri, eləcə də media orqanlarının təmsilçiləri iştirak ediblər.

Mərasimigiriş nitqi ilə açan Palatanın Baş icraçı direktoru İbrahim Alışov, 2016-2017-ci illər ərzindədövlət təşkilatları, publik hüquqi şəxslər, habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyllərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsininsabitləşdiyini, bank sektoruna kapital qoyuluşlarının təmin edildiyini, əmanətlərin artdığını və əhalinin maliyyə sektoruna etimadınınbərpa olunduğunu bildirib.

Maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institusional islahatlar isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun və Özəl kredit Bürosununyaradılması olub. Daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının da maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağı qeyd olunub.

Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifadəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənarrealizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən Baş icraçı direktor sözügedən Reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.

Çıxışının yekununda İ. Alışov qeyd edib ki, Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarındanvəsaitlər cəlb etməsini stimullaşdıracaqdır ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcəkdir. Bundan əlavə, reyestrin fəaliyyətininbiznes mühitinin əlverişliliyinə müsbət töhfə verəcəyi və ölkənin beynəlxalq reytinqlərinin yüksəlməsini şərtləndirəcəyi bildirilib.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Palatanınbu təşəbbüsünü yüksək qiymətləndirərək, ölkə iqtisadiyyatına verəcəyi töhfənin uğurlu olacağını bildirdilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment