1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“SWIFT service bureau”nun direktoru ilə bankların nümayəndələri arasında görüş keçirilib
15.03.2018

Baki, FinanceTime.  14 mart 2018-ci il tarixində Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bir sıra bankların nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze və direktor müavini Nino Alxazaşvini, həmçinin bankların İT və İT təhlükəsizlik, SWIFT üzrə menecerləri iştirak edib.

Görüş zamanı “SWIFT Service Bureau” layihəsinin təqdimatı keçirilib. Büronun direktoru Nikoloz Tutberidze bildirib ki, sistem əməliyyatların filtrləşdirilməsinə, monitorinqinə və hesabat verməsinə imkan verir, həmçinin, büroya üzv təşkilatların risklərinin qiymətləndirilməsi və dünya maliyyə institutlarının bazasına SWIFT vasitəsilə çıxışı təqdim edir.

Görüş çərçivəsində banklarla qarşılıqlı əməkdaşlıq məslələrinin müzakirəsi, bankların nümayəndələrindən rəy və təkliflərin alınması, xərclərin optimallaşdırılması kimi məsələlərə toxunulub.

Xatırladaq ki, “SWIFT Service Bureau” bankların SWIFT-lə kollektiv şəkildə qarşılıqlı əlaqə qura bilməsi məqsədilə yaradılmış şirkətdir. Həmçinin, şirkət maliyyə təşkilatlarına bank xidmətlərinin tam paketini təqdim edir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment