1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank UNEC tələbələrinin elmi-tədqiqat işlərinin çapına dəstək verib
14.03.2018

Baki, FinanceTime.  Martın 13-də UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in "İqtisadiyyat" fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, tədbir çərçivəsində 70-dək tələbənin elmi-tədqiqat işləri təqdim olunacaq. AccessBank bu işlərin çap olunmasını öz üzərinə götürüb. Fakültə rəhbərinin sözlərinə görə, UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işləri bir biznes strukturunun maliyyə vəsaiti hesabına çap edilir: "AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirirəm və dəstək üçün təşəkkür edirəm. Bu addım biznesin digər nümayəndələrinə də mesaj olmalıdır. Bu, onu göstərir ki, biznes elmə yönəlib. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq".

Daha sonra çıxış edən UNEC-in prorektoru Səadət Qəndilova tələbələri aktivliyə səsləyib: "Tələbələr elmə maksimum bağlı olmalıdır. Bu halda biz də arxayın ola bilərik ki, estafeti əmin əllərə ötürəcəyik".AccessBank-a dəstək üçün minnətdarlığını bildirən prorektor ikitərəfli əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bank layihəyə böyük məmnuniyyətlə qoşulub: "Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Bu baxıman UNEC tərəfindən Cümhuriyyət İlinin 100 illiyi və Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu tədbir çox önəmlidir. Bank olaraq Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Təhsil sahəsi bu il sosial layihələrimizin əsas prioritetlərindən biri olacaq. Çünki insan kapitalına qoyulan investisiya daha gözəl gələcəyə investisiya etmək deməkdir. Bu layihələr çərçivəsində tələbələrlə görüşlərə xüsusi diqqət yetirəcəyik. Fevral ayında artıq biz UNEC-də ilk görüşümüzü “Açıq dərs” formatında keçirdik və çox uğurlu alındı".

Daha sonra tədbir elmi-tədqiqat işlərinin təqdimatı ilə davam edib. Təqdimatlardan sonra bir neçə bölmədən müvafiq olaraq I, II və III yerləri tutan 25 tələbə mükafatlandırılıb. Onlara UNEC tərəfindən sertifikatlar və AccessBank tərəfindən N. Qreqori Mənkyunun "Ekonomiskin əsasları" kitabı hədiyyə olunub. Bununla yanaşı, AccessBank fiziki məhdudiyyəti olan 6 tələbəyə xüsusi hədiyyələr təqdim edib.

Həmçinin, konfransdakı hər bir tələbəyə iştirak sertifikatı verilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment