1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Türk Hava Yolları" yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb
14.03.2018

Baki, FinanceTime.   “Türk Hava Yolları”aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində)alacaq.Avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

“Airbus” şirkəti ilə müvafiq niyyət protokolu Parisdə Yelisey sarayında imzalanıb. Bu, yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri çərçivəsində və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş verib.2017-ci ilin sentyabr ayında isə prezident Ərdoğanın BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka səfər zamanı “Boeing” və "Türk Hava Yolları" şirkətləri “Boeing 787 Dreamliner” təyyarələrinin alınması ilə bağlı planlarını açıqlamışlar.

“Biz razılaşmaların tamamlanmasına çox şadıq, çünki onların nəticəsində daim genişlənən təyyarə parkımız daha da artacaq və bu, nəinki “Türk Hava Yolları”nın, bütün türkaviasiyası tarixində növbəti mərhələ olacaq. Niyyət protokolları artıq sifarişlərə çevrilib və bunun sayəsində biz "Türk Hava Yolları"nın gələcək mərkəzində–İstanbulun yeni aeroportunda yerləşəcək şirkətin geniş gövdəli təyyarə ehtiyacını tam təmin edəcəyik. Bu, Türkiyənin 100-illik yubileyinə təsadüf edən 2023-cü ilədək təyyarə parkımızın genişlənməsinə doğru böyük bir addımdır. Bu addım sərnişinlərə daha yaxşı xidmət göstərməyə imkan yaradacaq, "Türk Hava Yolları" milli aviaşirkətinin inkişafına güclü təkan verəcək və Türkiyənin mülki aviasiyasını daha da effektiv edəcək”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Ayci bildirib

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq "Cənubi Avropanın ən yaxşı aviaşirkəti" seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment