1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünya Bankı özəl sektor və ali təhsil müəssisələri arasındakı mövcud əlaqələri tədqiq edir
14.03.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Dünya Bankının təhsil və sahibkarlarla iş  üzrə ekspertləri ilə görüşüb. Görüş zamanı sahibkarlarla  ali təhsil müəssisələri arasındakı  mövcud əlaqələr və onların innovasiya bacarıqlarının artırılması imkanları, özəl sektorla təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində dünya təcrübəsindən faydalanmaq və bu istiqamətdə  gələcək addımlar müzakirə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında  qonaqlara ətraflı məlumat verən Məmməd Musayev Konfederasiyanın 30-dan çox ölkə ilə əməkdaşlıq etdiyini, beynəlxalq əlaqələrimizin, həmçinin yerli təşkilatlarla, o cümlədən ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələrin inkişafı istiqamətində iş apardığını bildirib. Azərbaycan Respublikası Təhsil Nazlirliyi, AMEA, ölkənin 10-dan çox universiteti ilə ASK-nın əməkdaşlıq müqaviləsi imzaladığını deyən Məmməd Musayev özəl sektorla təhsil arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərdən də söhbət açıb. Məmməd Musayev ölkəmizdə iqtisadi sahədə həyata keçirilən dövlət proqramlarından, sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirləri barədə missiya üzvlərinə məlumat verib.

Məmməd Musayev qonaqları 15 mart  2018-ci il  tarixində UNEC-də    Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes  və universitet arasında qarşılıqlı  vəhdət: qlobal çağirışlar  və yeni imkanlar” mövzusunda təşkil ediləcək elmi-praktiki konfransa dəvət edib. Bildirib ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət Iqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.

Məmməd Musayev qeyd edib ki, bu tədbir  özəl sektor və ali təhsil müəssisələri arasında əməkdaşlığın bariz nümunəsidir.Bununla yanaşı ölkədə bir çox sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən ASK-nın prezidenti bu sahədə dünya təcrübəsindən faydalanmağın gələcəkdə müsbət nəticələr verəcəyini də istisna etməyib. Bildirib ki, sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrin daha da qənaətbəxş vəziyyətə çatdırılması istiqamətində  Azərbaycan Sahibkarlar Konfederasiyası Dünya Bankı ilə də əməkdaşlığa hazırdır.

Dünya Banknın təhsil üzrə nümayəndəsi İqor Xeyfets bildirib ki, ölkəmizə səfərlərinin əsas məqsədi Azərbaycanda özəl sektor nümayəndələri ilə  ali təhsil müəssisələri arasında əlaqələri araşdırmaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək bu sahənin  gücləndirilməsi imkanlarını müzakirə etməkdir. Bu məqsədlə də ali təhsildə innovasiya, özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti  qiymətləndirəcək, aidiyyatı dövlət qurumlarına hesabat təqdim edəcəklər.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.Tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment