|
|
|
Digər xəbərlər | | | Palata informasiya təhlükəsizliyinə dair növbəti təlim keçirib |
12.03.2018 | |
| |
Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasımaliyyəsektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyinin qorunması və xarici təhlükələrəqarşı mübarizə yollarına həsr olunmuş “Maliyyə sektorunda təhlükəsizlik və İT təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi” mövzusunda təlim keçirib. Təlimdə 20 bank və 6 sığorta şirkətinin təhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.
Tədbirdə Palatanın mütəxəssisləri tərəfindən bank hesablarının və digər konfidensial məlumatların xakerhücumlarından qorunması, son zamanlar geniş yayılmışkriptoviruslarla mübarizə qaydaları, İT infrastrukturunun monitorinqi üçün informasiya təhlükəsizliyinin idarə olunması sistemi (SIEM), spam və ondan müdafiə yolları və digər mövzularbarədə təqdimat nümayişetdirilib. Təlimdə həmçinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə, problemlərin aradan qaldırılması və yeni həllər ətrafında fikir mübadiləsi aparılıb.
|
|
|
|