1 USD 1.7000   1 EUR 1.9671   1 AED 0.4628   1 ARS 0.0612   1 AUD 1.2568   1 BRL 0.4537   1 BYN 0.8444   1 CAD 1.2797   1 CHF 1.7073   100 CLP 0.2658   1 CNY 0.2625   1 CZK 0.0762   1 DKK 0.2639   1 EGP 0.0952   1 GBP 2.2371   1 GEL 0.6911   1 HKD 0.2166   100 IDR 0.0122   1 ILS 0.4681   1 INR 0.0250   100 IRR 0.0040   100 JPY 1.5433   1 KGS 0.0249   100 KRW 0.1535   1 KWD 5.6155   1 KZT 0.0050   100 LBP 0.1125   1 MDL 0.1009   1 MXN 0.0828   1 MYR 0.4242   1 NOK 0.2076   1 NZD 1.1735   1 PLN 0.4560   1 RUB 0.0267   1 SAR 0.4533   1 SDR 2.3929   1 SEK 0.1909   1 SGD 1.2531   1 TJS 0.1869   1 TMT 0.4857   1 TRY 0.3577   1 TWD 0.0563   1 UAH 0.0643   100 UZS 0.0208   1 XAG 27.7593   1 XAU 2166.1316   1 XPD 1651.5415   1 XPT 1466.0291   1 ZAR 0.1238   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Digər xəbərlər


SHE beynəlxalq qadınlar konqressi dünyanın uğurlu qadınlarını Bakıda yenidən bir araya gətirdi
09.03.2018

Baki, FinanceTime. Bakıda ardıcıl olaraq artıq ikinci dəfə təşkil olunan SHE (“Smart. Happy. Elegant.”) beynəlxalq qadınlar konqressi keçirilib. Tədbir çərçivəsində müxtəlif ölkələri, peşələri və fəaliyyət sahələrini təmsil edən işgüzar qadınlar gender stereotiplərilə dolu dünyada uğurlu karyeranın qurulması və bununla bərabər xoşbəxt insan olmaq təcrübəsi ilə bölüşüblər.

“SHE Congress” tədbirində 8 saat ərzində 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərə 27 işgüzar qadın çıxış edərək şəxsi təcrübələri ilə bölüşəcəklər. Bundan başqa, işgüzar qadınlar və cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzu müzakirə olunacaq: iqtisadiyyat və bir biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər və maneələrə qarşıdurmayadək.

Spikerlərin çıxışı qadın iqtisadiyyatının, təhsilinin və liderliyin ən mühüm aspektlərini açıb və daha çox fərdi mövzulara toxunub: daxili etimad və özünə bir şəxsiyyət kimi hörmətdən tutumuş şəxsi maliyyə və həyat maraqlarının qorunmasınadək.

Ukraynadan olan SHE formatının müəllifi və konqressin ideya ilhamçısı İrina Rubis qlobal məqsədlərə çatması və onların reallaşdırılmasının yollarının axtarışına dair baxışları ilə bölüşüb. Türkiyənin Sabancı Universitetinin professoru və “Surgitate” şirkətinin təsisçisi Dr. Özge Akbulut bu gün qadınların elm aləmini necə dəyişdirdiyini və elmin qadınların nə cür dəyişə biləcəyi barədə danışıb. 

Sağlamlığa dair əsas effektivlik göstəricilərini (KPI) qarşıya məqsəd kimi qoyması və onlara çatması barədəABŞ-dan olan həyat haqqında elm üzrə qlobal ekspert, “EXXclaim Capital”ın təsisçisi və icraçı direktoru Anula Cayasuriya məlumat verib. Öz növbəsində “Mastercard Advisors”un bir sıra iri bazar üzrə rəhbəri Selin Bahadirli bütün dünyada vacib məsələlərdən sayılan – maliyyə savadlılığı və rifahın idarə edilməsi mövzularına toxunub. “Coca-Cola” şirkətinin nümayəndəsi Aydan Ölçer isə hər bir qadının dünyanı yaxşı tərəfə dəyişə biləcəyi barədə danışıb. “Pasha Bank”ın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva, Azərbayacan Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva və Baynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova isə çıxışlarında stereotiplər, “şüşəli tavanlar” və qadınlara zorla qəbul etdirilən əxlaq modellərinə fokuslanıblar.

Konqressin xüsussi müzakirəsi “Siz qəhrəmansız?” mövzusu ətrafında olub ki, panelin moderatoru qismində şoumen Murad Dadaşov çıxış edib. Dörd unikal qadın – əlillər arasında taekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova, Respublika Qadınlar Cəmiyyətinin həmtəsisçisiZinyət Vəliyeva, əlillər arasında rəqs üzrə keçirilən dünya birinciliklərinin qalibi Vüsalə Kərimova və “Rainergy” innovasiya layihəsinin müəllifi, gənc alim Reyhan Camalova öz uğur hekayələri ilə bölüşüblər.

Konqress ənənəvi olaraq uğurlu kişiləri də müzakirələrə dəvət edir ki, onlar məmuniyyətlə bilik və tövsiyələri ilə bölüşür. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadınların iqtisadiyyata daha miqyaslı qoşulmasının perspektivləri və üstünlüklərinə dair faktlar və rəqəmlər səsləndirib, İsrailin biznes üzrə mütəxəssisi Tal Katran qadın startaplarının təşkili ilə bağlı praktiki məsləhətlər verib.

“Artıq ikinci il ardıcıl olaraq Bakıda SHE konqressi təşkil olunur və bu, ona işarədir ki, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi ideyası cəmiyyətimizə uyğundur. Düz 100 il bundan öncə Azərbaycan Şərqdə demokratiya qazanmış ilk ölkə olub və qadınlarasesvermə hüququ verib. Bu gün biz səsimizi yenidən gender bərabərliyinə və inkişaf üçün bərabər şəraitə veririk. Bakıda ikinci dəfə planetimizin müxtəlif tərəflərindən təşrif buyuran maraqlı spikerlərlə unikal görüşün keçirilməsi bizi fərəhləndirir. Bu cür imkan yaratdıqları üçün artıq həmfikir və dostlarımıza çevrilən tərəfdaşlarımıza təşəkkürümü bildirirəm“, - deyə“RED Communications” agentliyinin icraçı partnyoru,“Edutainment.az“ın həmtəsisçisi və “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin rəhbəri Tatyana Mikayılova qeyd edib.

Tədbirə 400-dən çox iştirakçı qatılıb.

Builki SHE konqressinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Pasha Bank”, “Mastercard Azerbaijan”, IFC, “Coca-Cola”, “Oriflame”, İSTƏK liseyi şəbəkəsi və “Smile Dental Clinic” dəstək verib.





20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment