1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank ölkənin gömrük məntəqələrini POS-terminallar ilə təchiz etdi
07.03.2018

Baki, FinanceTime. PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlamışdır. Bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinəvə nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaqdır.

Layihə çərçivəsində Bakıda və ölkənin 7 regionunda fəaliyyət göstərən gömrük məntəqələrində POS-terminallar quraşdırılmışdır, yaxın gələcəkdə isə ölkə ərazisində fəaliyyət göstərən bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulub. POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərini kart vasitəsi ilə həyata keçirmək mümkün olacaq.

 

PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlər, o cümlədən PAŞA Bank müştəriləri olan “Korporativ” və “Gömrük” kartlarına malik hüquqi şəxslər bu POS-terminal şəbəkəsi vasitəsi ilə rüsumları və vergiləri rahat şəkildə ödəməklə daha sərfəli tariflərdən faydalanacaqdır.

Qeyd edək ki, PAŞA Bank əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün rüsum və digər müvafiq vergilərin sürətli ödənişlərinin həyata keçirilməsi üçün müştərilərinə xüsusi kart – “Gömrük” kartı təqdim edir. Kartın istifadəsi müştərilərimizə gömrük ödənişləri üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar verir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment