1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ETIHAD AIRWAYS Bakıya ilk reysini açıb
06.03.2018

·         BƏƏ və Azərbaycan paytaxtlarının əlaqələndirəcək ilk müntəzəm reys

·         “Azərbaycan Hava Yolları” ilə yeni kod-şerinq sazişi

·         Azərbaycanda nümayəndəliyin rəhbəri təyin olunub

Baki, FinanceTime.  “Etihad Airways” aviaşirkəti Əbu-Dabi və Bakını əlaqələndirəcək ilk müntəzəm aviareysini istifadəyə verib.

EY297 saylı inauqurasiya reysi üzrə təyyarə martın 2-də Əbu-Dabidən havaya qalxıb və diplomatlar, fəxri qonaqlar, KİV nümayəndələri və “Etihad Airways”in rəhbərliyi daxil olduğu xüsusi nümayəndə heyətini Bakıya çatdırıb. Bakıda təyyarəni təntənəti su salyutu ilə qarşıladılar ki, öz növbəsində ekipaj təyyarənin kabinasından BƏƏ və Azərbaycan bayraqları ilə qarşılayanları salamlayıb.

“Etihad Airways”in baş icraçı direktoru Piter Baumqartner bildirib: “Biz iki paytaxtı birləşdirəcək yeganə müntəzəm təklif olacaq Əbu-Dabi – Bakı reysini istifadəyə verməkdən çox məmnunuq. Hər iki bazarda birbaşa, tamdəyərli aviareysə yüksək tələbat mövcuddur və biz müştərilərimizin artan tələbatına cavab veririk. Yeni uçuşlar BƏƏ-dən gələcək trafik artımına imkan yaradacaq və iki ölkə arasında əlaqələri möhkəmləndirəcək”.

«Azərbaycan tərəfində BƏƏ vətəndaşları üçün 2015-ci ildən etibarən tətəbiq edilən vizasız rejim bu ölkəyə olan marağı olduqca stimullaşdırıb və ziyarətçilərin sayının sürətlə artmasına səbəb olub”.

Bu yaxınlarda “Etihad Airways” və “Azərbaycan Hava Yoları” (AZAL) kodların birgə istifadəsinə dair sazişin imzalanmasını elan ediblər ki, nəticədə Azal hazırda öz J2 kodunu “Etihad Airways”in Bakı – Əbu-Dabi reysində yerləşdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın müştəriləri kodlar üzrə Əbu-Dabiyə və əks istiqamətdə aviabiletlər bron edib, “Etihad Airways”in geniş qlobal şəbəkəsinə qoşula bilərlər.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində uzun illərdi tərəfdaşlıq edirlər. İki aviaşirkətin birgə reysləri Azərbaycan vətəndaşlarına daha çox səyahət etməsinə, turistlərin sayının artmasına və iş adamları üçü yeni imkanların yaradılmasına səbəb olacaq”.

“Etihad Airways” Səid Məhəmməd Əhmədi Azərbaycanda regional nümayəndəliyinin rəhbəri təyin edib. BƏƏ vətəndaşı olan Səid Məhəmməd Əhməd təcrübəli aviasiya peşəkarıdır. O, Azərbaycana təyin olunanadək mənzil-qərargahı Çikaqo şəhərində yerləşən ABŞ aviaşirkətinin biznes inkişafı üzrə meneceri vəzifəsini tutub. Yeni vəzifədə isə o, yeni marşrutun strateji və kommersiya uğuruna və Azərbaycanın aparıcı şirkətləri və turizm biznesi ilə işgüzar münasibətlərin inkişafına cavab verəcək.

Reys başa çatdıqdan sonra Bakıda “Four Seasons” hotelində yerli hakimiyyət orqanlarının və biznes qurumlarının nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və Azərbaycanın turizm sənayesinin iştirakı ilə təntənəli şam yeməyi keçirilib. Azərbaycan rəqs qrupunun ənənəvi çıxışları və udda ifa edən ərəb musiqiçisi gecənin bəzəyi olub. Bundan başqa, şam yeməyində iştirak edən xəttat sayəsində qonaqlar öz əllərində tədbir haqqında unudulmaz xatirələrə sahib oldu.

Yeni reys 136-nəfərlik (16 yer biznes sinifdə, 120 yer ekonom sinifdə) “Airbus A320” təyyarəsi ilə həftədə üç dəfə yerinə yetiriləcək. Aviaşirkətin qlobal şəbəkəsi çərçivəsində çərşənbə, cümə və şənbə günlərinin uşuş cədvəli təyyarələri rahat dəyişməyə imkan yaradır. Reyslər həftəboyu elə bölüşdürülüb ki, müştərilərin bazar gününü, ölkədə qısamüddətli qalmasını və ya işgüzar səyahətin müxtəlif keçirmə variantlarını təmin etsinlər.

 

Cədvəl

 

Reys

Məntəqə

Uçuş

İstiqamət

Çatma

Uçuş günləri

Təyyarə

EY297

Əbu-Dabi

10:10

Bakı

13:15

Çərşənbə, Cümə, Şənbə

A320

EY298

Bakı

16:30

Əbu-Dabi

19:25

Çərşənbə, Cümə, Şənbə

A320

 

Əbu-Dabidən Bakıya inauqurasiya reysinin videosunu bu link vasitəsilə yükləmək mümkündür: https://we.tl/gRbvYzENcm

İmza:

Etihad Aviation Group

Mənzil-qərargahı Əbu-Dabi şəhərində yerləşən “Etihad Aviation Group” şaxələndirilmiş tərəfdaşlığa və artıma innovativ yanaşmaya əsaslanan biznes-modelə malik olan qlobal aviasiya və səyahət qrupudur. “Etihad Aviation Group” beş biznes-bölmədən ibarətdir: Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti olan “Etihad Airways”; “Etihad Airways Engineering”; “Etihad Airport Services”; “Hala Group” и “Partners Equity Partners”. “Etihad Aviation Group" haqqında ətraflı məlumat əldə etmək üçün theetihadaviationgroup.com. saytına keçin.

“Etihad Airways”

Mənzil-qərargahı Əbu-Dabi şəhərində yerləşən və 115 ədəd Airbus və Boeing avialaynerlərə malik olan “Etihad Airways” 103 beynəlxalq sərnişin və yük istiqaməti üzrə uçuşlar yerinə yetirir. Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti olan “Etihad Airways” 2003-ci ilin iyulunda kral dekreti ilə yaradılıb. Aviaşirkətin 2017-ci il üzrə ümumi sərnişin dövriyyəsi 18,6 milyon sərnişin təşkil edib. Aviaşirkət haqqında ətraflı məlumat əldə etmək üçün etihad.com. saytına keçin.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment